Dominikanın Asua əyalətində yük maşınının bir qrup insanı vurması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, 30-dan çox insan isə yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli “Listin Diario” nəşri məlumat yayıb.
“Ölənlərin əksəriyyəti kişilərdir, yaralananlar arasında 17 yaşlı yeniyetmə də var”, – məlumatda bildirilib.
Qeyd olunub ki, yaralıların əksəriyyəti San-Xuan əyalətindəki xəstəxanaya aparılıb.