Yük avtomobilinə yol açan kişini cərəyan öldürdü

Yük avtomobilinə yol açan kişini cərəyan öldürdü

Şəmkir rayonunda vətəndaş elektrik cərəyanının vurması nəticəsində həyatını itirib.

DİN-dən AzerTimes-a verilən məlumata görə, hadisə avqustun 30-u saat 13-də Şəmkir rayonunun Abbaslı kəndinin ərazisində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Surxay Rizvan oğlu Cəfərov yük avtomobilinin hərəkət etməsinə maneə yaradan dəmir borunu qaldırmaq istəyərkən ehtiyatsızlıqdan elektrik cərəyanının vurması nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: