Yuan dolları bazardan sıxışdırır

Yuan dolları bazardan sıxışdırır

Rusiyanın Çinlə iqtisadi əməkdaşlıqda yuana keçməsi çinli sahibkarlar üçün xeyli qazanclı olub.

AzerTimes “Röyters”ə istinadən xəbər verir ki, bu barədə danışan çinli iş adamı Vanq Minq Rusiyanın yuana keçməsindən məmnun olduqlarını bildirib.

Minq söyləyib ki, LED işıqlandırma şirkəti rus müştəriləri ilə dollar və ya avro əvəzinə yuanla müqavilə bağlaya bilər və bundan qazanacaqlar. Belə ki, tətbiq edilən sanksiyalar səbəbindən Rusiya bankları və şirkətləri dollar və avro ilə ödəniş sistemlərindən məhrum olub. Milli valyutalarla alış-veriş isə Çinin Rusiyaya artan ixracında yuanın mövqelərini möhkəmləndirir.

Qeyd edək ki, Moskva birjasında ümumi yuan-rubl ticarət həcmi keçən ay orta hesabla sutkada təxminən 9 milyard yuana (1,25 milyard dollar) yüksəlib. Halbuki əvvəllər həftədə 1 milyard dollar nadir hallarda qalxırdı.

Oktyabr ayında yuan və rubl ticarəti 185 milyard yuan təşkil edib ki, bu da fevraldakı həcmdən 80 dəfə çoxdur.

Teqlər: