Son günlər bəzi media vasitələri və sosial şəbəkələrdə
Azərbaycan Ordusuna məxsus müxtəlif texnikanın hərəkətini və
dislokasiyanı guya əks etdirən, həqiqətə uyğun olmayan video,
fotolar və digər informasiyalar yayılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, süni ajiotaj
yaratmaq məqsədilə dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə
aparmadan yoxlanılmamış bu cür informasiyaların, səs yazılarının,
foto və videogörüntülərin yayılması yolverilməz olmaqla
qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektləri və
sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq etməklə diqqətə çatdırır
ki, qeyd olunan neqativ hallara yol vermiş şəxslər barəsində mövcud
qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər
görüləcəkdir.