“YouTube” və “İnstagram”ın işində fasilələr yaranıb

ABŞ -da “YouTube” və “İnstagram” tətbiqetməsinin işində problemlər müşahidə olunur.

AzerTimes-ın məlumatına görə, bu barədə Downdetector portalı xəbər verib.

Məlumta əsasən, “YouTube” istifadəçilərinin təxminən 77 faizi video izləməkdə problem yaşayır, 20 faizində veb sayt işləmir, digər 3 faizi isə videoları platformaya yükləməkdə çətinlik çəkirlər.

Problemlər haqqında məlumat verən “İnstagram” istifadəçilərinin 66% -i xəbər lentini izləməkdə çətinlik çəkir, 18% -i heçnə yükləyə bilmir, digər 16% -i hesabına daxil olmaqda problemdən şikayətlənir.