YouTube servisinin veb versiyası üçün olan yeni dizaynı, beta test mərhələsindən çıxaraq istifadəçilərə təqdim olundu.
Bundan əlavə olaraq uzun illərdən sonra videoservisin loqosu tamamilə yeniləndi və mobil versiyaya yeni funksiyalar əlavə olundu. Qeyd etmək laızmdır ki, videoservis yaradıldığı gündən bəri onun loqosunda ciddi bir dəyişiklik olmamışdı. Müəyyən vaxt ərzində loqo öz həcmindən məhrum oldu və müasir dizayn trendinə əsasən yastı oldu. 12 ildən sonra videoservis öz loqosunun irimiqyaslı dəyişilmiş versiyasını təqdim etdi. Belə ki, bu dəfə servisin adı və işarəsi bir-birindən ayrı şəkildə əks olunub. YouTube loqosunun illər ərzində necə dəyişildiyini aşağıdakı fotodan görə bilərsiniz.
Bu ilin May ayında servisin veb versiyası üçün olan yeni dizaynı təqdim olunmuşdu. Lakin o, beta test mərhələsində idi. İndi isə saytın yeni versiyası mütəmadi olaraq hamı üçün aktiv olacaq. Yeni sayt, Material Design standartına əsasən hazırlanıb. Bundan əlavə olaraq videoservis üçün qara fon rejimi də aktiv edilib. Bundan əlavə olaraq videoservisin mobil tətbiqində də bir sıra dəyişikliklər edilib. Bundan sonra iOS və Android sistemlərində YouTube, şaquli şəkildəki videoları qara zolaqsız təqdim edir. Bundan əlavə olaraq ekrana 2 dəfə klik edərək videonu geri və ya irəli sürüşdürmək olar. Həmçinin ləng şəkildə videonun göstərilməsi özəlliyi də hamı üçün aktiv olub.