YouTube-un işində fasilələr yaranıb

ABŞ-da “YouTube” onlayn videohostinqinin işində problemlər
müşahidə olunub.

AzerTimes-ın məlumatına görə, bu barədə “Downdetector” portalının
səhifəsində bildirib.


Məlumata əsasən, fasilələr barədə məlumat verən istifadəçilərin
əksəriyyəti videoya baxmaqda çətinlik çəkir (58 faiz). Digər 23
faiz saytla bağlı problemləri qeyd edir, 18 faiz isə tətbiqin
işindən şikayət edir.