YouTube-da yenilik

YouTube-da yenilik

“Youtube” saytı böyük bir yenilik etmək üçün hazırlanır. Bu yeniliyin köməyi ilə “YouTube” tarixində yeni səhifə açılacaq.

“Youtube” “Unplugged” adlı yeni xidmət üzərində işləyir. Bu xidmət istifadəçilərə internet üzərindən TV kanallarını izləmə imkanı verəcək. Bunun üçün böyük media şirkətləri ilə görüşən “YouTube” “NBCUniversal”, “Viacom”, “21st Century Fox” və “CBS” ilə görüşsə də, heç biri ilə razılaşa bilməyib.

Qeyd edək ki, şirkət bu xidmət üzərində 2012-ci ildən bəri işləyir. Xidmət barədə başqa məlumat olmasa da, 2017-ci ildə istifadəyə verilməsi və qiymətinin aylıq 35 dollardan az olması gözlənilir.