York Universitetinin City College Avropa Kampusu tərəfindən açıq seminar keçirilib (FOTO)

23 sentyabr 2021-ci il tarixində York Universitetinin City College Avropa Kampusu tərəfindən “Gamification (Qemifikeyşn) – İşçilərin və müştərilərin cəlb olumasının müasir yolları” mövzusunda açıq seminarı keçirilmişdir. Seminar Universitetin Bakida təşkil olunacaq İkili dərəcəli Executive MBA Proqramının professorlarından biri olan Chris Liaisidis tərəfindən keçirilmişdir.

Açıq seminarın əvvəlində iştirakçılara Azərbaycanda 28 oktyabr 2021 il tarixində start veriləcək yeni York və Strasburq Universitetlərinin birgə təqdim etdikləri ikili diplomlu Pan-Avropa Executive MBA Proqramının təqdimatı keçirilmişdir.

Pan-Avropa Executive MBA Proqramı İngiltərənin York Universitetinin CİTY College Avropa Kampusu və Strasburq Universitetinin İqtisadiyyat və Menecment fakultəsi tərəfindən təqdim edilir. Burada 2021/22-ci tədris ilindən başlayaraq iştirak edən tələbələr Britaniyanın öndə gedən York Universiteti və Fransanın prestijli Strasburq Universiteti tərəfindən iki dərəcə ilə təltif olunacaqlar. Proqramın müddəti iki il olmaqla, 13 moduldan ibarətdir, hər bir modul ayda bir dəfə keçirilir və 3 gün davam edir.

Daha sonra biznes mühitində nisbətən daha yeni yaranmış və bir sıra öndə gedən şirkətlər tərəfindən tətbiq olunan və öz müsbət nəticəsini göstərən “Gamification” termini və onun üsulları ətrafında maraqlı və interaktiv təlim və müzakirələr aparılmışdır.

“Gamification” müxtəlif brendlər tərəfindən işçilərin motivasiyasının artırılması, işçi heyəti arasında sağlam rəqabət mühitinin yaradılması, izdihamın və ya sosial nüfuzun artırılması, həmçinin müştərilər arasında loyallığın təkmilləşdirilməsi və digər bunun kimi faydaların əldə edilməsi məqsədilə tətbiq edilir.


Bəzi hallarda bu üslubu tətbiq etmək asan bəzi hallarda isə bunun üçün mükəmməl planlama, kodlaşdırma və ya texniki bilik və təcrübələr tələb olunur. Məqsədindən asılı olmayaraq, istənilən biznes sahəsi “gamification” metodunu daha yaxşı nəticələr əldə etmək və Şirkətin Brend Strategiyasını artırmaq üçün tətbiq edə bilər.

Qeyd edək ki, Pan-Avropa Executive MBA Proqramı gələcəkdə də bir sıra biznesin idarə edilməsi mövzuları ətrafında açıq seminarlar təşkil edəcəkdir.

Pan- Avropa Executive MBA Proqramı barədə daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiz https://bit.ly/2T0DOeh

Teqlər: