Xəbər - Ceyhun Ələkbərov – Trend:
Artıq Azərbaycan bir ildir ki, koronavirusa qarşı mübarizə apararır və bu müddət ərzində bir sıra qayda-qanun, məhudiyyətlər tətbiq olunub. Hər dəfə məhdudiyyətlər tətbiq olunduqda yoluxma sayı enib, bir qədər yumlaşma olduqda isə yenidən artıb. Hal-hazırda da qadağalar aradan qaldırıldığına görə, insanlar arasında təmas artığı üçün, virusun ötürücülük qabiliyyəti artıb.
Bunu AzerTimes-a TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib. O qeyd edib ki, yoluxmaların artmasında yenə də səbəb insan faktorudur:
“Biz hər dəfə yumşalmaya getdikdən sonra insanlara daha da ehtiyatlı davranmağa və qaydalara əməl etməyə çağırış edirik. Ancaq səylərə baxmayaraq, yenidən yüksəlmələri görə bilirik”.
V. Əliyev əlavə edib ki, yoluxmaların artmaması üçün insanlar karantin qaydalarına riayət etməlidirlər.