Xəbər - Humay Ağacanova – Trend:
Koronavirusa yoluxmaların 90 faizindən çoxu “omikron”la əlaqəlidir.
Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
O qeyd edib ki, bir neçə həftə ərzində “omikron” ştammı digər növlərə nisbətən daha çox yayılıb.
“Aktiv xəstələrin əksəriyyəti ambulator həlqədə olan şəxslərin sayına görədir. Xəstəxana yatışında isə vəziyyət stabildir”, – deyə o əlavə edib.