Xəbər - Samir Əli -Trend:
“Omicron” ştamı ilə bağlı yoluxma sayında yüksək artım görünür.
AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, bu ştamla mübarizədə görüləcək tədbirlər koronavirusun digər variantları ilə eynidir.
“Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayları çox yüksəkdir, amma bu əsasən yüngül keçir. Ölüm saylarında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər”, – H.Harmancı deyib.
ÜST rəsmisi qapanmalarla bağlı bildirib ki, buna hökumət qərar verir. O qeyd edib ki, ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır: “Qapanmaların lokal şəkildə həyata keçirilməsi tövsiyə olunur”, – deyə H.Harmancı qeyd edib.