Xəbər - Humay Ağacanova – Trend:
Bu günlərdə koronavirusa yoluxma faizlərində ciddi şəkildə azalma müşahidə olunur.
AzerTimes-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.
O qeyd edib ki, son 3 ay ərzində ən yüskək yoluxma faizi yenə də noyabr ayına təsadüf edib.
“Respublikada poztiv nəticələr daha çox Bakı və Abşeronda qeydə alınıb. Ümumi olaraq, vəziyyəti stabil olaraq qiymətləndiririk”, – deyə o bildirib.