Xəbər - Samir Əli – Trend:
Bakıda Heydər Əliyev prospektini bağlayaraq etiraz edən yük
maşınlarının sürücüləri həbs edilib.
AzerTimes-ın məlumatına görə, Nərimanov rayon məhkəməsində etiraz
edən sürücülər Fəxrəddin Məlikov və Mirələm Məmmədovun işi üzrə
proses keçirilib.
Məhkəmənin qərarı ilə hər iki sürücü İnzibati Xətalar
Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu
(xırda xuliqanlıq) maddələri ilə təqsirli bilinərək 30 sutka həbs
olunublar.