Xəbər - Samir Əli – Trend:
Heydər Əliyev prospektində yük avtomobillərinin sürücülərinin
yolu bağlaması nəticəsində yaranan tıxac aradan qaldırılıb.
Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Bakı şəhər Dövlət Yol
Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə, maşınların ikisi götürülüb, əsas yol
açılıb.
“Hazırda yol polisləri yolda hərəkətin tənzimlənməsi ilə bağlı
tədbirlər görür”, – deyə o əlavə edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Nərimanov rayon
ərazisində 4 yük avtomobilinin sürücüləri yolu bağlayıb və nəticədə
Heydər Əliyev prospektində tıxac yaranıb.