Yollarda görünüş çətinləşəcək, hava dumanlı olacaq

Yollarda görünüş çətinləşəcək, hava dumanlı olacaq

Azərbaycanın avtomobil yollarında fevralın 15-də müşahidə ediləcək vəziyyət açıqlanıb.

Bu barədə AzerTimes-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Belə ki, gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.