Yollarda dəhşətli sıxlığın bir səbəbi də sürücülərdir

Yollarda dəhşətli sıxlığın bir səbəbi də sürücülərdir

Ümumi olaraq məlumat verməyimizə baxmayaraq, təəssüf ki, bəzi sürücülərin səhlənkarlığı, diqqətsizliyi, şəxsi mənafelərini ictimai mənafelərdən üstün tutulmaları bəzən narahatlıq yaradır.

AzerTimes xəbər verir ki, bu sözləri Bakı şəhəri Baş Polis İdarəsi DYP-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Formula-1 yarışları ilə bağlı şəhərin bəzi küçələrinin bağlanması, digər küçələrində isə bəzi sürücülərin məsuliyyətsizliyi səbəbindən sıxlığın dözülməz həddə çatması haqda danışarkən deyib.

O bildirib ki, texniki cəhətdən nasaz avtomobilin idarə edilməsi və ya kiminsə “özünəməxsus qaydada” manevrlər etməsi, hərəkət istiqamətinin bir zolağında maşını saxlaması və s. sıxlığa təsir göstərir:

“Texniki nasaz avtomobillərdən imtina etmək, qaydalara tam əməl etmək lazımdır. Yol ayrıclarında 2-3 polis əməkdaşımız nizamlayıcı qismində olurlar. Nizamlayıcı polisin göstərişinə ciddi şəkildə riayət edilməlidir. Əfsuslar olsun ki, bəzi sürücülərimiz yol zolaqlarına və dayanma-durma qaydalarına düzgün əməl etməməklə süni sıxlığın yaranmasına səbəb olurlar”.

Teqlər: