Yol polisi Zaqatalada reyd keçirib, 35 sürücü cərimələnib

Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla
çirkləndirilməsinin qarşısının alınması məqsədilə Zaqatala Rayon
Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən
şəhərin müxtəlif nöqtələrində, hərəkətin intensiv olduğu küçə və
prospektlərdə reydlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata
görə, keçirilən reydlər zamanı avtomobillər saxlanılaraq xüsusi
cihazlar vasitəsilə onlardakı zərərli qazların miqdarı
yoxlanılıb.Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq
tullantı ixrac etdiyi müəyyən olunub.Həmin avtomobil sahibləri ilə
yol polisi əməkdaşları izahedici söhbətlər aparılıb və ixrac
qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra
nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların
diqqətinə çatdırılıb.

Ümumilikdə keçirilən tədbirlər zamanı standartlara cavab
verməyən 35 avtomobilin sürücüsü barədə inzibati qaydada tədbir
görülüb.

Teqlər: