Yol polisi “TEKNOFEST”lə bağlı sürücü və piyadalara müraciət edib

Bakı Şəhər BPİ DYPİ “TEKNOFEST”lə bağlı avtomobil sürücülərinə
və paytaxt sakinlərinə müraciət edib.

Müraciətdə deyilir: “2022-ci ilin may ayının 26-dan 29-dək 4 gün
boyunca Bakı Kristal Hall və onun ətrafı Dənizkənarı Bulvarda
regionun ən böyük tədbiri olan “TEKNOFEST Azərbaycan” Aerokosmik və
Aviasiya Festifalı keçiriləcəkdir. Fefsifalın keçiriləcəyi əraziyə
08.30-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası avtobus
xidməti təşkil edilib.

Tədbiri canlı izləmək üçün tamaşaçılar ödənişsiz olaraq
paytaxtın 28 may metrostansiyası yaxınlığından birbaşa Bayraq
Meydanı ərazisinə və geriyə “Baku Bus” MMC-nin avtobusları ilə
hərəkət edəcəklər. Eyni zamanda əraziyə sərnişinlərin daşınmasında
“Bakı Taksi” MMC-yə məxsus olan ekoloji təmiz taksilər də hərəkət
edəcəklər. Bununla əlaqədar həmin istiqamətə müasir texnikaların,
digər avadanlıqların gətirilməsi eləcə də ölkəyə gələn qonaqların
qarşılanması, onların yerləşdirilməsi və bu tədbirin tam təhlükəsiz
şəkildə başa çatdırılması üçün bildirilir ki, vəziyyətdən və
şəraitdən aslı olaraq Dənizkənarı Bulvar və Kristal Holl
istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət
qoyula və istiqamətin dəyişdirilməsi nəzərdə tutula bilər. Odur ki,
Festival iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təşkil
edilməsi məqsədi ilə tədbir zamanı şəxsi avtomobillərlə mümkün
qədər az, içtimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük
verilməsi tövsiyə edilir. Unutmayaq ki, tədbirin keçirildiyi
əraziyə şəxsi avtomobillərlə hərəkət nəqliyyat sıxlığına və ya
tıxacların yaranmasına səbəb ola bilər. Ona görə də keçirilən
festifalın ölkə əhəmiyyətli olduğunu nəzərə alıb, Kristal Holl və
ətraf ərazilərə şəxsi avtomobillərlə hərəkətin mümkünsüzlüyü nəzərə
alınmalıdır.

Əvvəlcədən vəziyyətin düzgün dəyərləndirilməsinə, vətəndaş
həmrəyliyi nümayiş etdirilməsinə görə bütün hərəkət
iştirakçılarına, sürücülərə isə anlayışlarına görə təşəkkür
edirik”.

Teqlər: