Yol polisi Samuxda reyd keçirib

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi,
piyadaların maarifləndirilməsi məqsədilə reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional
qrupundan AzerTimes-a
verilən məlumata görə, reyd zamanı piyada keçidlərindən istifadə
etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər
aparılıb. Bu kimi qayda pozuntularının onların həm özləri, həm də
digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükəli olduğu
izah edilib.

Bundan başqa araşdırmalar zamanı piyadalara yol verməyən
sürücülər də aşkar edilərək barələrində müvafiq təbrilər
görülüb.

Teqlər: