İranda yanacaqdoldurma məntəqələrinə haker hücumu edən qrup bəyanat yayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Yırtıcı sərçə” haker qrupu özünün Teleqram kanalında paylaşım edib.
“Xamenei! Daha əvvəl də xəbərdarlıq edərək bölgədəki şeytani təxribatlarınıza qarşı reaksiya verəcəyimizi demişdik”, – haker qrupu yazıb.
“Tasnim” xəbər agentliyi isə kiberhücum ilə bağlı dövlət məsullarının fövqəladə toplantı keçirdiyini bildirib.