Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Zəngilanda mənim, millət vəkili Şamil Ayrımın və mühafizəçinin olduğu avtomobil qəza keçirdi.
AzerTimes xəbər verir ki, bunu AKP-nin sədr müavini Binəli Yıldırım xəstəxanadan evə buraxılarkən jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, qəza zamanı avtomobil bir neçə dəfə fırlanıb:
“Belə böyük qəzadan az zərərlə çıxdığımıza görə Allaha şükür edirik. Başımdan iki dəfə cərrahi əməliyyat olunmuşam. Bununla yanaşı, körpücük sümüyüm sınmışdı. Əməliyyat olundum. İki qabırğam sınıb, ancaq müdaxilə etmək olmur. Müəyyən zaman ərzində sağalacaq. Bədənimin müxtəlif yerlərində toxuma və əzələ əzimələri var. Bu da zamanla sağalacaq”.