Yığmanın futbolçusu İsveçə aparılmayacaq

Yığmanın futbolçusu İsveçə aparılmayacaq

Azərbaycan millisinin daha bir futbolçusu səfərdə İsveçə qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının sonuncu – VI tur matçını buraxacaq.

AzerTimes xəbər verir ki, Rahil Məmmədov sözügedən qarşılaşmada komandaya kömək edə bilməyəcək.

Buna müdafiəçinin Qəbələdə Estoniya ilə qolsuz heç-heçə etdikləri görüşdə zədələnməsi səbəb olub.

Məmmədov buna görə İsveçə aparılmayacaq. Əvvəlki oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən Elvin Cəfərquliyev də meydana çıxmayacaq.

Qeyd edək ki, noyabrın 19-da reallaşacaq İsveş – Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 23:45-də səsləndiriləcək.

Teqlər: