Yidən Belinkenə: “Qırmızı xətt”imizi keçməyin…

Yidən Belinkenə: “Qırmızı xətt”imizi keçməyin…

Çinin xarici işlər naziri Van Yi Pekində səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.

AzerTimes xəbər verir ki, görüşdə V.Yi həmkarına Çinlə bağlı “qırmızı xətt”i keçməməyə çağırıb.

“Çinin tələbləri məntiqlidir, o, daima əsas maraqlara qarşılıqlı hörmət etməyin tərəfdarıdır. ABŞ Çinin daxili işlərinə qarışmamalı, Çində inkişafa təzyiq göstərməməli, həmçinin Çinin suverenliyi, təhlükəsizliyi və maraqları ilə bağlı “qırmızı xətt”i keçməməlidir”, – V.Yi qeyd edib.

Teqlər: