İranın Yəzd şəhərinin həbsxanasında saxlanılan tanınmış ərəb fəallar Məhəmməd Heydəri, Cəfər Beyt Abdulla və başqa bir neçə məhbus nəzarətçilər tərəfindən ölümcül şəkildə döyülüb.
AzerTimes xəbər verir ki, bu barədə ərəb fəallar və insan haqları təşkilatları məlumat yayıb.
Məlumatda siyasi məhbus Məhəmməd Heydərinin ağır vəziyyətdə “Fərruxi” xəstəxanasına köçürüldüyü və reanimasiya bölməsinə yerləşdirildiyi bildirib.
Adıçəkilənlərdən başqa həbsxanada saxlanılan 20 Əfqanıstan vətəndaşı da yaralanıb.
Hadisəyə səbəb nəzarətçilərin sünni məzhəbli məhbusları təhqir etmələri olub.
Qeyd edək ki, Yəzd həbsxanasında 3 min məhbus saxlanılır. Onların 1000 nəfəri xarici, o cümlədən Əfqanıstan vətəndaşıdır.