Rusiyanın Su-34 qırıcısının Yeyskdə qəzaya uğramasına səbəb qağayılar olub.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb.
“Quşlar bombardmançı təyyarənin havaya qalxması zamanı Su-34-ün mühərriklərinə daxil olublar. Bu vəziyyət yanğına və təyyarənin qəzaya uğramasına səbəb olub. Onların (qağayı – red.) qalıqları ekspertlər tərəfindən təyyarənin qalıqlarını araşdırarkən aşkar edilib”, – məlumatda deyilir.
Qeyd edək ki, 17 oktyabrda Rusiyanın Yeysk şəhərində Su-34 qırıcısının yaşayış binasına çırpılması nəticəsində 15 nəfər ölmüşdü.