Rəşadətli Ordumuz qanunsuz erməni silahlılarının Azərbaycandan çıxmaq öhdəliyini özü yerinə yetirdi.
AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İngiltərənin “BBS Vörld Nyus” telekanalının canlı efirində deyib.
O vurğulayıb ki, Azərbaycanın suveren ərazisindəki qanunsuz erməni hərbi kontingentinin buraxılması və tərksilah edilməsi ilə bağlı əvvəllər əldə edilmiş razılıq Ermənistan və Azərbaycan arasında sülh prosesinin daha da irəliləyişinə mühüm təkan olacaq, eyni zamanda Yevlaxdakı bugünkü görüş isə Qarabağ bölgəsinin erməni əhalisinin Azərbaycanın hüquqi sahəsinə dinc reinteqrasiyasının başlanğıcını qoyacaq.