Xəbər - Samir Əli – Trend:
Yevlaxda vətəndaşa hədə qorxu-gələrək pul tələb edən reket
jurnalistlər saxlanılıb.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Yevlax
Rayon Polis Şöbəsinə fevralın 14-də özünü jurnalist kimi təqdim
edən Sənan adlı şəxsin şəhər sakini R.Məmmədova hədə-qorxu gələrək
15.000 manat tələb etməsi barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən rayon
sakinləri – “Kanal S.az” internet portalının təsisçisi Sənan
Ələkbərov və Teymur Rüstəmov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların fevralın 16-da Yevlax şəhər sakinləri
E.Misirxanovaya və G.Süleymanovaya hədə-qorxu gəlməklə ümumilikdə
6.000 manat tələb etmələri də müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu
ilə tələb etmə) ilə cinayət işi başlanıb.
Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.