Yevlaxda süpürgəçi işləyən iki qadını avtomobil vurub, onlardan biri ölüb.
AzerTimes Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi küçəsində qeydə alınıb.
Onlardan biri – 1974-cü il təvəllüdlü Səbinə Rafiq qızı Əsgərova hadisə yerində dünyasını dəyişib.
Hadisə nəticəsində 1992-ci il təvəllüdlü Bəsti Mirzəyeva ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.