Yevlaxda qonşusunu öldürən şəxsin cinayət işi məhkəməyə göndərilib

Xəbər - Samir Əli -Trend:

2020-ci il fevralın 21-də rayonun Qaraoğlan kənd sakini Xəyal Səfərovun üzərində odlu silah yarası xəsarəti olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Yevlax rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin qonşusu Qorxmaz Həsənəliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Xəyal Səfərova iki dəfə ov tüfəngi ilə atəş açmaqla onu qəsdən öldürüb.

Qorxmaz Həsənəliyev Cinayət Məcəlləsinin 120.1-ci (adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər: