Xəbər - Samir Əli – Trend:
Yevlax rayonunda keçmiş məhkum qonşusunun evini yandırıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a
verilən məlumata görə,Yevlax rayonunun Salahlı kəndində yerləşən
fərdi yaşayış evlərinin birində yanğın hadisəsi baş verməsi barədə
Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Məlumatla əlaqədar Yevlax RPŞ-nin əməkdaşları hadisə yerində
olub, yanğın olan əraziyə baxış keçirib. Fərdi yaşayış evinin
qəsdən yandırılmasına dair şübhələr yarandığından polis əməkdaşları
tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində fərdi yaşayış evini qəsdən
yandırmaqda şübhəli bilinən həmin kənd sakini, əvvəllər məhkum
edilmiş Aqil Nəsibov saxlanılıb.
Hazırda faktla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və
A.Nəsibov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.