Yevlax rayonunun Ərəş kəndində dörd yeniyetmə – 2008-ci il təvəllüdlü Sona Səyyaf qızı Quliyeva, 2008-ci il təvəllüdlü Aysu Nəsimi qızı Musayeva, 2005-ci il təvəllüdlü Nəbi Seyran oğlu İsmayılov və 2005-ci il təvəllüdlü Ələmdar Elgün oğlu Soltanov martın 19-da yaşadıqları evlərdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Şəkillərdəki şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin 102 – Zəng Mərkəzinə, Yevlax Rayon Polis Şöbəsinin (022) 336–45–02 şəhər və (055) 537–87–97 mobil nömrələrinə zəng vurmaları xahiş olunur.