Yevlax şəhərinin Salahlı kəndində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
kənddə ümumi sahəsi 150 m² olan birmərtəbəli evin yanar
konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə
olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.