Məlumat verildiyi kimi, intensiv yağan yağışlar səbəbindən Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin artması nəticəsində ətraf ərazilərə yaranan təhlükə və Yevlax şəhərində bir sıra yerlərin subasmaya məruz qalması ilə bağlı Fövqəladə Hallar Nazirliyin müvafiq olaraq Gəncə və Aran Regional mərkəzləri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən dərhal zəruri tədbirlərin görülməsinə başlanılıb.
AzerTimes xəbər verir ki, FHN-in qüvvələri tərəfindən Gəncə şəhərindəki süni göldə suyun səviyyəsinin artımının qarşısı alınıb, Yevlax şəhərində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilib və digər müvafiq təhlükəsizlik tədbirləri görülüb.