Yevlaxda azyaşlı polis tərəfindən döyülüb? – DİN

Yevlaxda azyaşlı polis tərəfindən döyülüb? – DİN

Yevlax rayonunda azyaşlının polis tərəfindən döyülməsi iddiası araşdırılır.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Yevlax rayonunda yaşayan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib:

“Rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib. Qeyd edilən müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək”.

Teqlər: