Yevlaxda avtomobillər toqquşub, xəsarət alanlar var

Yevlax. Trend:

Yevlaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AzerTimes-ın Qarabağ üzrə bölgə muxbirinin məlumatına görə, hadisə Yevlax şəhərində qeydə alınıb. Çörək daşıyan avtomobillə minik avtomobilinin toqquşması nəticəsində sürücülər – 1979-cu il təvəllüdlü M.Kərimov və 1987-ci il təvəllüdlü N.Quliyev müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Teqlər: