Noyabrın 12-də saat 16 radələrində Yevlax rayonunda 1991-ci il təvəllüdlü Əhməd Əhəd oğlu Nəsibova odlu silahla xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan AzerTimes-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Saleh Azər oğlu Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Cinayət aləti olan odlu silah ondan götürülüb.
İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.