Yevlax şəhəri Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.
AzerTimes-ın bölgə müxbiri xəbər verir ki, “VAZ 2107” “Hyundai” markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində “VAZ 2107”-də olan Goranboy sakinləri – 2003-cü il təvəllüdlü Rəhimova Türkan Əsgərxan qızı və 1974-cü il təvəllüdlü qaynanası Rəhimova Gülnar Məcid qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparıllr.