Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş
tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində
şübhəli bilinən şəxslər müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin
qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri – Razi
Cəfərov, Tural Rəcəbov və Murad Musayev saxlanılıblar. R.Cəfərovun
evinə baxış zamanı 102 qramdan artıq heroin və 200 qrama yaxın
marixuana aşkar edilərək götürülüb. T.Rəcəbovun evinə baxış
keçirilərkən 28 qrama yaxın metamfetamin və marixuana, M.Musayevdən
də külli miqdarda metamfetamin və heroin aşkar edilərək
götürülüb.
Faktlarla bağlı Yevlax RPŞ-də cinayət işi başlanılıb və
adıçəkilən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan
tədbiri seçilib.