Yevlax görüşündə diqqətçəkən 3 mühüm detal

Yevlax görüşündə diqqətçəkən 3 mühüm detal

Yevlaxda reinteqrasiya və erməni icmasının təhlükəsizliyi ilə bağlı görüş başladı.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, görüşün ilk dəqiqələrindən 3 mühüm detal diqqət çəkir.

Birincisi, görüşün keçirildiyi otaqda yalnız Azərbaycan bayrağı və gerbi var;

İkincisi, görüşdə Qarabağın erməni icmasını təmsil edən qondarma “deputat” David Melkumyan və Sergey Martirosyanın pencəyində separaçıların “bayrağı” əks edilmiş yaxa sancağı yoxdur;

Üçüncüsü, görüşdə Rusiya sülhməramlılarını təmsil edən heç kim iştirak etmir.

Bu, rəsmi Bakının görüş zamanı bütün subliminal və siyasi məna ehtiva edəcək detalları nəzərə aldığını və üstünlüyünü göstərdiyini sübut edir.

Teqlər: