Yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumatı Ombudsman araşdırır

Bakı şəhəri Xəzər rayon sakini olan yetkinlik yaşına çatmayan
qızın uşaq dünyaya gətirməsi ilə bağlı kütləvi informasiya
vasitələrində yayılmış məlumat Ombudsman tərəfindən
araşdırılır.

Ombudsman Aparatından AzerTimes-a
verilən məlumata görə, məsələ ilə bağlı Aparat əməkdaşları
tərəfindən Sabunçu Tibb Mərkəzi, Bakı şəhəri Xəzər Rayon Polis
İdarəsi, həmçinin qızın ailə üzvü ilə əlaqə saxlanılıb. Aparılmış
ilkin araşdırmaya əsasən, ananın və uşağın vəziyyətinin qənaətbəxş
olduğu məlum olub.

Hazırda faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma
aparılır və məsələ Ombudsmanın nəzarətindədir.

Teqlər: