Yetirmişli Şəngörün zəlzələ açıqlamasından danışdı

Yetirmişli Şəngörün zəlzələ açıqlamasından danışdı

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Cəlal Şəngörün bir müddət əvvəl Azərbaycanda zəlzələ olacağı ilə bağlı açıqlamasına aydınlıq gətirib.

AzerTimes xəbər verir ki, o, bu barədə Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında jurnalistlərin sualına cavab olaraq deyib.

“Cəlal Şəngör Azərbaycanda iyulun 4-ü gecə saat 00:01-də zəlzələ olacağını demişdi? Xeyr. Mən də deyirəm ki, Yaponiya, İran və Çində zəlzələlər olacaq. Olanda deyərsiniz ki, demişəm. Bununla yanaşı fevralın 6-dan sonra İstanbulda zəlzələ olacağı deyilir. 20 milyonluq şəhər əhalisi zəlzələ anını oturub gözləməlidir? Bu, absurddur. Ona görə deyirəm ki, şayiələrə qəti inanmayın”, – Q.Yetirmişli bildirib.

Teqlər: