” Yəşim – Çin daşların padşahıdır”: Çin mədəniyyəti üzrə dərs

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu “Çini tanı” onlayn layihəsi çərçivəsində Sumqayıtın 42 saylı orta məktəbinin şagirdləri üçün Beynəlxalq Zərgərlər Gününə həsr olunmuş “Yəşim (Nefrit) – Çin daşların padşahıdır” adlı tədbir keçirib.

Universitetdən AzerTimes-a verilən məlumata görə, ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çin mədəniyyətinin nadir rəmzi sayılan əjdaha və pionu ilə yanaşı, nefritin əhəmiyyətindən bəhs edib. O, həmçinin qeyd edib ki, dahi Konfutsi belə hesab edirdi ki, nefritdə yüksək insani ləyaqətlər – xeyirxahlıq, ədalət, mərdlik, həqiqət, inam, sədaqət, əxlaq və müdriklik təmsil olunub.

Buna görə də Çin dilinin insanın mənəvi keyfiyyətlərini təsvir edən bir çox atalar sözləri məhz nefritlə bağlıdır. Qədim heroqlif “Yu” (Nefrit) Çin heroqliflərə daxil olan 214 element (açarlar) arasındadır.

ADU Konfutsi İnstitutunun əməkdaşı Nigar Qocayeva məktəblilərə Günəş, birləşmiş Çin və ali hakimiyyətin rəmzi olan, həmçinin rifah və ölümsüzlük gətirən şəfaverici xüsusiyyətlərə malik nefrit barədə əfsanələrdən danışıb. O qeyd edib ki, nefritə dair oyma sənəti Çinin qədim tətbiqi sənət növlərindən biridir. Nefritdən təkcə bəzək əşyaları, dekorativ əşyalar, ənənəvi zınqırovlar deyil, həm də Çin məbədləri üçün Buddha heykəlləri də hazırlanmışdır.

Teqlər: