Yerusəlimin Köhnə Şəhər adlanan ərazisində silahlı hücum baş verib.
AzerTimes-ın İsrailin “KAN” radiostansiyasına istinadən verdiyi məlumata görə, naməlum şəxs odlu silahdan insanlara atış açıb.
İnsident nəticəsində 2 dinc sakin və 2 polis əməkdaşı yaralanıb. Dinc sakinlərdən biri xəstəxanada dünyasını dəyişib.
Bildirilir ki, hücum edən şəxs polislər tərəfindən cavab atəşi ilə öldürülüb.