Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ilə telefon danışığı aparıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Məlumata görə, onlar telefon danışığı zamanı prioritet müdafiə ehtiyaclarını müzakirə ediblər.
Həmsöhbətlər sentyabrın 19-da Hindistanda keçiriləcək G19 sammitinə hazırlıq məsələsinə də toxunublar.