Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş parlament binasında daxili işlər naziri Əli Yerliqayaya hücumla bağlı Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özələ zəng edib.
AzerTimes Report-a istiandən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
N.Qurtulmuş sözügedən məsələ ilə bağlı müxalifət liderinə narahatlığını bildirdiyini diqqətə çatdırıb:
“Ona dedim ki, bugünkü hadisə xalqımızın əksər hissəsini narahat edən çirkin görüntüdür”.
Parlament sədri hücumun qəbuledilməz olduğunu bildirib:
“Parlament müzakirə və siyasi mübarizə yeridir, heç bir millət vəkilinin xalq üçün çalışan bir nazirə hücum edəcəyi yer deyil”.
Qeyd edək ki, bu gün CHP üzvləri TBMM-də Ə.Yerliqayaya hücum edib.