Yerli təhsil şöbələri ləğv edilməyəcək – Nazirlik

Regional Təhsil İdarələrinin yaradılması yerli təhsil
şöbələrinin ləğvi və işçilərin ixtisarı demək deyil.

Trend-in məlumatına görə, bunu Təhsil
Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin
müdiri Elnur Əliyev deyib.

O bildirib ki, yerli təhsil şöbələri ləğv edilməyəcək.

“Təhsil şöbələri Regional Təhsil İdarələrinin nəzdində yerli
təhsil struktur bölməsi kimi fəaliyyət göstərəcəklər”, – deyə o
əlavə edib.

Teqlər: