Yerevanın keçmiş meri Moskvadan qayıdarkən saxlanılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Yerevanda Ermənistanın sabiq nəqliyyat və rabitə naziri, Yerevanın keçmiş meri Qaqik Beqlaryan hava limanında saxlanılıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə polisin mətbuat xidməti bildirib.

Sabiq nazir Moskvadan qayıdarkən saxlanılıb. Q.Beqlaryan 2020-ci ilin martında vəzifə səlahiyyətlərindən sui-istifadə və iri məbləğdə vəsait mənimsəmə ittihamları ilə axtarışa verilmişdi.


O, 2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra Ermənistandan getmişdi.