Yerevanda etirazçılar Paşinyanın yolunu kəsib

Xəbər - Orxan Nəbiyev – Trend:

Yerevanda yüzə yaxın etirazçı Ermənistanın Təhsil, elm, mədəniyyət və idman nazirliyinin qarşısında aksiya keçirir.

AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, etirazçıların məqsədi baş nazir Nikol Paşinyanın nazirliyə gəlməsinin qarşısını almaqdır.

Nazirlikdə N.Paşinyanın rəhbərliyi ilə iclasın keçirilməsi planlaşdırılıb.


Aksiya iştirakçıları “Nikolsuz Ermənistan!” kimi şüarlar səsləndirir.

Nazirliyin qarşısına yüzlərlə polis əməkdaşı cəlb olunub.

Teqlər: