Xəbər - Orxan Nəbiyev – Trend:
Yerevanda bir qrup fəal Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçirib.
AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, aksiya iştirakçıları baş nazir Nikol Paşinyanın binaya daxil olmasının qarşısını almağa çalışıb.
Bu məqsədlə bir neçə nəfər özünü Nazirlər Kabinetinin darvazasına qandallayıb. Polis həmin qandalları açmaq üçün mişardan istifadə edib.
Aksiya iştirakçıları polis tərəfindən saxlanılıb.